Bu ərazidə su kəsiləcək

Bu ərazidə su kəsiləcək
Kateqoriya məlum deyil
T

Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində magistral su xəttində qəza baş verib.

 

Sfera.az xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.

 

Bildirilib ki, Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə bağlı gün ərzində şəhərin bəzi ərazilərinin su təminatında müvəqqəti fasilə yaranacaq.

 

"Anlayışla qarşıladıqlarına görə, abonentlərə minnətdarlığımızı bildiririk",-məlumatda qeyd edilib.

PAYLAŞ