Evlərdən oğurluq edən 2 nəfər TUTULDU

Kateqoriya məlum deyil
T
Qaradağ rayonu ərazisində yerləşən yarımtikililərin birindən 110 metr naqil və təmir-tikinti alətləri oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən V.Əmirov və A.Bəbirov müəyyən olunaraq saxlanılıblar. Onların rayon ərazisində daha iki yarımtikilidən də oğurluq etdikləri müəyyən olunub.
Araşdırma aparılır.
