Ağdamda ağır QƏZA - Xəsarət alan var

Ağdamda ağır QƏZA - Xəsarət alan var
Kateqoriya məlum deyil
T

Ağdamda yol-nəqliyyat hadisəsi baş verib, sürücü xəsarət alıb.
 

Sfera.az xəbər verir ki, Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Dördyol-1 qəsəbəsi ərazisində qeydə alınıb.

 

Rayon sakini, 1998-ci il təvəllüdlü Abbasov Sabit Mehman oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarına aşıb.


Qəza nəticəsində sürücü xəsarət alaraq təcili tibbi yardım vasitəsilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ