Bakıda maşın və motosiklet oğruları tutuldu

Bakıda maşın və motosiklet oğruları tutuldu
Kateqoriya məlum deyil
T

Paytaxtın Binəqədi rayonunda bir nəfər VAZ-21011 markalı nəqliyyat vasitəsinin qaçırıldığı barədə polisə məlumat verib.

 

Bu barədə Sfera.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

 

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Sultanzadə saxlanılıb, avtomobil sahibinə qaytarılıb.

 

Həmçinin rayon ərazisində motosiklet oğurlamaqda şübhəli bilinən İ.Cəfərov da polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Araşdırmalar davam etdirilir.

PAYLAŞ