Üç gün əvvəl qəzaya düşdü, bu gün HƏYATINI İTİRDİ

Kateqoriya məlum deyil
T
Yanvarın 13-də Şəki rayonunun Çayqaraqoyunlu kəndi ərazisində “Opel” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.
Sfera.az xəbər verir ki, Bizim.Media-nın yerli bürosu xəbər verir ki, müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü, 32 yaşlı Murad Abdurahmanov bu gün günorta saatlarında xəstəxanada vəfat edib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
