Dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılıb

Dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılıb
Kateqoriya məlum deyil
T

Dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Qeyd edilib ki, polis əməkdaşlarının yanvarın 9-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

 

Bildirilib ki, ötən gün ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 

 

Həmçinin atarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.///apa

PAYLAŞ