Bakıda yaşayış binasında yanğın: xəsarət alan var

Bakıda yaşayış binasında yanğın: xəsarət alan var
Kateqoriya məlum deyil
T

Bakının Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 66B ünvanında yerləşən yaşayış binasında yanğın başlayıb.

 

Sfera.az xəbər verir ki, əraziyə FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları, polis və təcili tibbi yardım briqadası cəlb edilib.

 

Yanğın yaşayış binasının 16-cı mərtəbəsində baş verib.

 

İlkin məlumata görə, hadisə zamanı bir nəfər xəsarət alıb. Vəziyyətinin ağır olduğu bildirilir.

PAYLAŞ