"Azərişıq"da yeni TƏYİNATLAR

"Azərişıq"da yeni TƏYİNATLAR
Kateqoriya məlum deyil
T

"Azərişıq" ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Həbib Əzizov vəzifəsindən azad edilib.

 

Sfera.az-ın məlumatına görə, müvafiq qərarla onun yerinə "Azərişığ"ın Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elmar Mahmudov təyin olunub.

 

Qeyd edək ki,  "Azərişıq" ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Həbib Əzizov səhmdar cəmiyyətinin başqa bir regional idarəsinə təyinat alıb. Bundan sonra H. Əzizov Şimal-Qərb RETSİ-nin rəisi vəzifəsini icra edəcək. Əvvəlki rəhbər Nərman Mahmudov isə   "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi təyin edilib.

 

Aynil

PAYLAŞ