Şimal-qərb bölgəsinə 30 sm qar yağıb

Şimal-qərb bölgəsinə 30 sm qar yağıb
Kateqoriya məlum deyil
T

Son günlər şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.


Sfera.az xəbər verir ki, yanvarın 1-i axşam saatlarından başlayaraq bölgənin əksər ərazilərinə qar yağır. Temperatur yüksək dağlıq ərazilərdə -15 dərəcəyə qədər düşüb.


Qax, Zaqatala və Şəki rayonlarının ərazilərinə daha çox qar yağıb. Hazırda Qax rayonunun Sarıbaş kəndində qarın hündürlüyü 30-sm, İlisu kəndində 20 sm, Zaqatalanın Car kəndində isə 15 sm-dan çoxdur. Qarın yağması ilə bağlı bölgəyə işığın və təbii qazın verilməsində ciddi problem yoxdur./APA

PAYLAŞ