Kürdəmirdə maşın aşıb,xəsarət alanlar var

Kürdəmirdə maşın aşıb,xəsarət alanlar var
Kateqoriya məlum deyil
T

Kürdəmirdə yol qəzası olub, xəsarət alanlar var.

 

Sfera.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

 

İbrahim Novruzovun idarə etdiyi "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə xəsarət alan 3 nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ