Tərtərdə bir nəfər kanalda batdı

Tərtərdə bir nəfər kanalda batdı
Kateqoriya məlum deyil
T

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tərtər şəhərində suvarma kanalında 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

 

Bu barədə Sfera.az-a FHN-dən xəbər verilib.

 

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

PAYLAŞ