Metropolitendə dəyişiklik: Bənövşəyi xəttdə interval 8 dəqiqə olacaq

Kateqoriya məlum deyil
T
İyulun 1-dən Bakı metropoliteninin Bənövşəyi xəttində yay qrafikinin tətbiqinə başlanılır.
Bakk Metropoliteni QSC-dən Sfera.az-a verilən məlumata görə, xətt üzrə qatarların hərəkəti “Xocəsən-8 Noyabr” və əks istiqamətdə 8 dəqiqə intervalla təşkil olunacaq.
Qeyd edək ki, yay qrafikində qatarların “Avtovağzal-8 Noyabr” sahəsində hərəkətinə fərqli interval tətbiq edilməyəcək.
Xətt üzrə davamlı monitorinqlər aparılacaq, bu dövrdə sərnişin axınının dəyişkən xüsusiyyətləri və digər zəruri hallar nəzərə alınaraq ehtiyat qatarlardan istifadə olunacaq.
Bənövşəyi xətt üzrə yay qrafiki yeni tədris mövsümü başlayana qədər qüvvədə olacaq.
