ABŞ-İran danışıqlarının keçiriləcəyi tarix açıqlandı

Kateqoriya məlum deyil
T
ABŞ və İran arasında danışıqların yeni mərhələsi iyunun 21-də baş tuta bilər.
Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens məlumat verub.
“Bazar günü İranla danışıqlar mümkündür”, - o deyib.
Vens ABŞ prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerin İranla danışıqların planlaşdırıldığı yerdə olduğunu təsdiqləyib.
Vitse-prezident Tehranla danışıqlarda irəliləyiş olduğunu və tərəflərin atəşkəsi qoruyub saxlaya biləcəyinə əminliyini ifadə edib.
