Ukrayna Krasnodara dronla hücum edib - Neft anbarı yanıb

Ukrayna Krasnodara dronla hücum edib - Neft anbarı yanıb
Kateqoriya məlum deyil
T

Ukraynanın PUA hücumu nəticəsində Rusiyanın Krasnodar diyarının Ust-Labinsk şəhərindəki neft anbarında güclü yanğın baş verib.

 

Sfera.az xəbər verir ki, bu barədə diyarın təcili yardım qərargahı məlumat yayıb.

 

Ust-Labinskdəki neft anbarına PUA hücumu nəticəsində baş verən yanğının söndürülməsi üçün Rusiya Fövqəladə Hallar Nazirliyinin qüvvələri, o cümlədən 54 texnika cəlb olunub.

 

Məlumata görə, neft anbarında yanğın təxminən 5000 kvadratmetr sahəni əhatə edir.

 

Hücum nəticəsində ölüm faktı qeydə alınmayıb.

PAYLAŞ