ABŞ prezidentini hədəf alan şəxsin sirri açıldı

ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda Ağ Ev Müxbirləri Assosiasiyasının (WHCA) şam yeməyində iştirak etdiyi tədbirdə baş verən silahlı hücum cəhdi ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
Sfera.az xəbər verir ki, “CNN”-in yaydığı xəbərə görə, hadisə üzrə şübhəli bilinən Kol Tomas Allen hücumdan əvvəl ailəsinə mesaj göndərib.
Mesajda o, əvvəlcə “etibarından sui-istifadə etdiyi hər kəsdən üzr istədiyini” bildirib.
Allen həmçinin Tramp administrasiyasının rəsmilərini hədəf almaq niyyətini ifadə edib, siyasi qəzəbini vurğulayaraq “bağışlanmaq istəmirəm” sözlərini yazıb.
Mesajda o, ABŞ Prezidenti Donald Trampı “xain” adlandırıb, özünü isə “dost federal qatil” kimi təqdim edib.
“Bu administrasiyanın nə etdiyini düşünəndə qəzəblənirəm”, – deyə Allen yazıb.
Onun qardaşı mesajı aldıqdan sonra dərhal yerli polisə məlumat verib.
Məlumata görə, Vaşinqtonda keçirilən WHCA şam yeməyi zamanı baş verən insidentdə şübhəli tədbirin əsas zalına daxil olmadan əvvəl təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilərək saxlanılıb.
Qeyd edək ki, Kol Tomas Allenin yarımştat müəllim və eyni zamanda video tərtibatçısı kimi çalışdığı bildirilir.
Mənsumə
Sfera.az
