ABŞ bu ölkələrə sanksiya tətbiq edəcək - Plan HAZIRLANIR

ABŞ bu ölkələrə sanksiya tətbiq edəcək - Plan HAZIRLANIR
Kateqoriya məlum deyil
T

Vaşinqton İrana qarşı hərbi planlarda onlara "yox" deyən NATO müttəfiqlərinə qarşı ağır sanksiyalar tətbiq etməyə hazırlaşır.


Sfera.az “Reuters"ə istinadən xəbər verir ki, Pentaqon ABŞ hökumətinə İran əməliyyatlarını dəstəkləməyən NATO ölkələrinə qarşı konkret cəza tədbirlərini nəzərdə tutan genişmiqyaslı plan təqdim edib.


Məlumata görə, Pentaqonun göndərdiyi daxili e-poçtda Vaşinqtonun hərbi addımlarına dəstək verməyən ölkələrin Alyans daxilindəki mövqelərinin yenidən nəzərdən keçirilməsi təklif olunur. Bu ölkələrin NATO daxilindəki nüfuzlu və prestijli vəzifələrdən uzaqlaşdırılması, həmçinin qərarvermə proseslərindəki təsirlərinin azaldılması əsas variantlar arasındadır.

 

Siyahıda ən sensasiyalı məqam isə İspaniya ilə bağlıdır. İddia olunur ki, ABŞ-nin planında İspaniyanın NATO üzvlüyündən çıxarılması variantı masadadır. Bununla yanaşı, bir çox Avropa ölkəsinin ABŞ təyyarələrinə öz hava məkanını açmaqdan və bazalardan istifadəyə icazə verməkdən imtina etməsi Vaşinqtonda böyük qəzəb doğurub.

 

ABŞ-nin təzyiq rıçaqları təkcə Avropa ilə məhdudlaşmır. Sənədlərdə hətta ən yaxın müttəfiq olan Böyük Britaniyaya qarşı da dolayı xəbərdarlıq yer alıb. Belə ki, Londonun yetərli dəstək verməyəcəyi təqdirdə, Vaşinqtonun Folklend adaları məsələsindəki mövqeyini dəyişə biləcəyi və Argentina ilə mübahisədə bitərəfliyini pozacağı vurğulanıb. 

 

Məsələ ilə bağlı açıqlama verən Pentaqon rəsmisi müttəfiqlərin öz öhdəliklərini yerinə yetirməli olduqlarını xatırladıb:

 

“Prezidentə fərqli siyasət variantlarının təqdim edilməsi daxili qiymətləndirmənin bir hissəsidir və normal prosesdir”.

 

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl də NATO ölkələrini hərbi xərcləri ödəməməkdə ittiham etmiş və Alyansdan ayrılmaqla hədələmişdi. Ekspertlər hesab edir ki, bu son gediş NATO daxilində "parçalanma" riskini pik həddə çatdıra bilər.

 

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ