Bakıya yağış, rayonlara qar yağır - FAKTİKİ HAVA

Bakıya yağış, rayonlara qar yağır - FAKTİKİ HAVA
Kateqoriya məlum deyil
T

Saat 20:00-a olan məlumata əsasən ölkə ərazisində intensiv yağıntılı hava şəraiti davam edir.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a bildirilib ki, dağlıq ərazilərə — Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq, Qrıza qar, ölkənin əksər bölgələrinə isə yağış yağır.

 

Hazırda Bakıda və Abşeron yarımadasında da intensiv xarakterli yağış yağır. Yağıntının miqdarı 46 mm qeydə alınır ki, bu da aylıq normanın 195 %-ni təşkil edir.

PAYLAŞ