Deputat Göydəniz Qəhrəmanov Novruz tədbirlərində iştirak edib

Deputat Göydəniz Qəhrəmanov Novruz tədbirlərində iştirak edib
Kateqoriya məlum deyil
T

Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov Novruz bayramı ərəfəsində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində təşkil olunan silsilə tədbirlərdə iştirak edib.

 

Sfera.az bildirir ki, tədbirlər çərçivəsində tarixi-mədəni irsimizin mühüm nümunələrindən olan Buxara Karvansarası əsaslı bərpadan sonra yenidən istifadəyə verilib. Həmçinin burada yaradılan yeni sənət məkanının açılışı baş tutub. 

 

Deputat qeyd edib ki, tarixi-mədəni irsimizin incilərindən olan Buxara Karvansarasının əsaslı bərpadan sonra yenidən istifadəyə verilməsi və burada yaradılan yeni sənət məkanının açılışı mühüm hadisədir:

 

"Eyni zamanda, İçərişəhərdə fəaliyyətə başlayan İlluziya Muzeyi şəhərimizin turizm potensialına yeni rəng qatacaq maraqlı layihələrdəndir. İlaxır Çərşənbənin birgə qeyd olunması, Novruz ənənələrinin yaşadılması və bayram tonqalı ətrafında keçirilən mərasimlər isə milli birlik və həmrəyliyimizin təntənəsinə çevrildi. Bu cür tədbirlər milli ənənələrimizin qorunmasına xidmət edir, turizmin inkişafına dəstək olur, yeni iş yerlərinin açılmasına və ümumilikdə iqtisadiyyata müsbət təsir göstərir".

 

Xatırladaq ki, deputat tədbirdə Milli Məclisdəki həmkarları ilə birlikdə iştirak edib. O, dəvətə görə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə heyətinin sədri Rüfət Mahmuda öz təşəkkürünü bildirib.

 

Sonda deputat Novruz bayramı münasibətilə vətəndaşları təbrik edərək, xalqa firavanlıq və rifah arzulayıb.

 

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
PAYLAŞ