Bu tarixlərdə Bakıda sıxlıq müşahidə olunacaq

Bu tarixlərdə Bakıda sıxlıq müşahidə olunacaq
Kateqoriya məlum deyil
T

17-18 mart tarixlərində Bakı şəhəri ərazisində nəqliyyat sıxlığının yaranacağı proqnozlaşdırılır.

 

Sfera.az xəbər verir ki, bu sözləri nəqliyyat eksperti Aslan Əsədov bildirib. Onun sözlərinə görə, sürücülərə alternativ marşrutlardan istifadə etmək tövsiyə olunur:

 

“Belə ki, Sumqayıt istiqamətində hərəkət edənlər üçün Böyükşor-Pirşağı-Sumqayıt yolu daha məqsədəuyğun hesab olunur. Əlavə 9 km yol qət etmək tıxacda qalmaqdan daha sərfəlidir. Xırdalan, Masazır və Sulutəpə istiqamətində hərəkət edən sürücülərə isə Azadlıq prospekti–Binəqədi yolundan istifadə etmələri tövsiyə olunur”.

 

Ekspert qeyd edib ki, Cənub istiqamətində hərəkət üçün isə Bakı dairəvi yolu vasitəsilə Biləcəri, Yasamal və Badamdar ərazilərindən istifadə etmək daha uyğun hesab edilir.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ