İsrail ehtiyatda olan hərbçiləri orduya çağırdı

Kateqoriya məlum deyil
T
İrana qarşı əməliyyatlar çərçivəsində İsrail ordusu, əsasən İsrail Hərbi Hava Qüvvələri, Kəşfiyyat İdarəsi, Daxili Cəbhə Komandanlığı və İsrail Hərbi Dəniz Qüvvələrindən olan təxminən 20.000 ehtiyatda olan hərbçini orduya çağırıb.
Sfera.az bu barədə “Timesofisrael”ə istinadla xəbər verir.
Qeyd edək ki, bu, hazırda xidmətdə olan təxminən 50.000 ehtiyatda olan əsgərə əlavədir.
Firuzə Əliyeva
Sfera.az
