DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər - VİDEO

DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər - VİDEO
Kateqoriya məlum deyil
T

20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər.


Sfera.az DTX-nın mətbuat xidmətinə istinadən xəbər verir ki,  Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi dərin hüznlə anılıb.

 

Daha sonra DTX-nin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub, Şəhidlər xiyabanında dəfn edilən Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunub.

 

 

PAYLAŞ