İran gəmiləri ABŞ blokadasını keçə bilmədilər

ABŞ ordusu İran limanlarına tətbiq edilən dəniz blokadasını pozmağa cəhd göstərən iki kommersiya gəmisinin marşrutunu dəyişdirib.
Sfera.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkədə yaydığı açıqlamada məlumat verib.
Bildirilib ki, İran limanlarının dəniz blokadası bərpa edildikdən sonra ABŞ hərbi qüvvələri blokadanı pozmağa çalışan iki kommersiya gəmisinə müdaxilə edib və onların istiqamətini dəyişdirib.
CENTCOM-un açıqlamasında deyilir:
“İran limanlarının dəniz blokadasının bərpasından ötən 17 saat ərzində ABŞ ordusu blokadanı pozmağa cəhd edən iki kommersiya gəmisini geri istiqamətləndirib”.
ABŞ tərəfi hadisə ilə bağlı əlavə təfərrüat açıqlamayıb. Gəmilərin hansı ölkəyə məxsus olduğu və hara istiqamətləndiyi barədə də məlumat verilməyib.
Bəsti Rəfizadə
