Avropa əhalisi qocalıq - Bu tarixdən azalma başlayacaq

Avropa əhalisi qocalıq - Bu tarixdən azalma başlayacaq
Kateqoriya məlum deyil
T

Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzinin əməkdaşlarının fikrincə, Avropa Birliyi (Aİ) əhalisinin daha bir neçə il artmağa davam etməsi və daha sonra bir neçə onillik ərzində azalması gözlənilir.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, alimlərin proqnozuna görə, hazırda 450,6 milyon nəfər olan Aİ əhalisi 2029-cu ildə 453,3 milyona çatacaq və daha sonra 2100-cü ilə qədər 398,8 milyona düşəcək - bu da 1970-ci illərdəki səviyyələrə bərabərdir.

Eyni zamanda, DW-nin məlumatına görə, 2024-cü ildə 81,5 il olan ömür uzunluğunun 2100 ilə artaraq qadınlar üçün 90, kişilər üçün isə 86 yaşa çatacağı gözlənilir. Bu hesablamalara görə, hazırda 65 və daha yuxarı yaşda olan insanlar Aİ əhalisinin təxminən 20 faizini təşkil etsə də, 2050-ci ilə qədər bu rəqəm üçdə birinə çatacaq.

Tədqiqatçıların fikrincə, demoqrafik dəyişikliyin bəzi nəticələri immiqrasiya yolu ilə azaldıla bilər, lakin bu, qocalmış cəmiyyətin problemlərini tam həll edə bilməz. Avropa Komissarı Dubravka Şuiça ixtisaslı işçi çatışmazlığı, büdcəyə, eləcə də qayğı və təhsil sistemlərinə təzyiq kimi ciddi çətinliklərdən danışıb.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ