"Hörmüz boğazı açılmayacaq” - İran

ABŞ və İran arasında hərbi gərginlik daha da dərinləşdiyi bir vaxtda Tehran Hörmüz boğazı ilə bağlı sərt bəyanat verib.
Sfera.az xəbər verir ki, İran Silahlı Qüvvələrinin sözçüsü Məhəmməd Ekreminiya bildirib ki, Hörmüz boğazı ABŞ-nin hərbi hücumları və təzyiqləri nəticəsində heç vaxt açılmayacaq.
Onun sözlərinə görə, boğazın açılmasının yeganə yolu İran xalqının hüquqlarına hörmət göstərilməsidir.
Sözçü əlavə edib ki, İran şəhidlərin, xüsusilə də öldürülmüş ali dini lider Əli Xameneinin qanının qisasını almağı öz üzərinə düşən vəzifə hesab edir.
Qeyd edək ki, ABŞ ordusunun iyulun 7-dən etibarən İrana qarşı həyata keçirdiyi hava zərbələrindən sonra iki ölkə arasında qarşıdurma yenidən kəskinləşib. İran da buna cavab olaraq ABŞ-nin Körfəz bölgəsində yerləşən hərbi hədəflərinə zərbələr endirir.
Məlumata görə, tərəflər arasında imzalanmış memorandum çərçivəsində açılması gözlənilən Hörmüz boğazının taleyi hələ də qeyri-müəyyən olaraq qalır.
Bəsti Rəfizadə
