İranda partlayışlar baş verdi

İranda partlayışlar baş verdi
Kateqoriya məlum deyil
T

İranın cənubundakı Bəndər-Abbas, Konarak, Çabahar şəhərlərində və Lərak adasında partlayışlar olub.

Sfera.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Agentlik yerli sakinlərə istinadən bildirir ki, partlayışlara raket zərbələri səbəb olub. Konarakda azı dörd, Çabahar ərazisində isə təxminən altı partlayış qeydə alınıb.

"Tasnim" həmçinin Hörmüz boğazında bir neçə gəminin atəşə tutulduğunu bildirir. Hücuma məruz qalan gəmilərin hansı ölkələrə məxsus olduğu barədə isə məlumat verilməyib./publika

PAYLAŞ