Bu ölkə Ukraynaya "Patriot" raketləri göndərdi

Polşa 2026-cı ilin yazında bir neçə NATO ölkəsi tərəfindən hazırlanmış kollektiv hərbi yardım paketinin bir hissəsi olaraq Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri üçün doqquz raket göndərib.
Sfera.az xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Sezari Tomçik “RMF FM “radiosunda deyib.
Onun sözlərinə görə, Varşava ABŞ-dən təhlükə yaranacağı təqdirdə təhvil verilən raketlərə on qat kompensasiya ödəniləcəyinə dair zəmanət alıb.
Daha əvvəl Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış müxalifət nümayəndələrinin və prezident Karol Navrotskinin administrasiyasının hökuməti Kiyevə "Patriot" sistemləri üçün raketlər ötürməkdə günahlandırmasından sonra Ukraynaya hərbi təchizat barədə məlumatı açıqlamaq qərarına gəlmişdi.
Firuzə Əliyeva
