Gürcüstanda güclü yağışlar: Bu şəhər su altında qaldı

Gürcüstanda güclü yağışlar: Bu şəhər su altında qaldı
Kateqoriya məlum deyil
T

Gürcüstan ərazisində yağan güclü leysan yağışları ciddi problemlər yaradıb.

Sfera.az xəbər verir ki, ən böyük ziyan Telavi bələdiyyəsinə dəyib.

Yağan güclü yağış nəticəsində Telavi dərəsində suyun səviyyəsi qalxıb və dərə yatağı daşıb. Güclü sel nəticəsində Kavkasioni və Alazani prospektlərinin bəzi hissələri su altında qalıb.

Binaların birinci mərtəbələrini, ticarət məkanlarını su basıb. Avtomobillərə ziyan dəyib. Elektrik xətləri sıradan çıxıb.

PAYLAŞ