Amerikalı məşhur senator vəfat etdi

Kateqoriya məlum deyil
T
Amerikalı respublikaçı senator Lindsi Qrem 71 yaşında vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə onun ofisi bəyanat yayıb.
“ABŞ senatoru Lindsi Qrem iyulun 11-i, şənbə günü axşam saatlarında qəfil xəstəlik nəticəsində vəfat edib”, - bəyanatda bildirilib.
Qeyd edək ki, hərbi hüquq üzrə ixtisaslaşmış, ehtiyatda olan Hərbi Hava Qüvvələri polkovniki Lindsi Qrem İraq müharibəsini dəstəkləyən və uzun illər İrana qarşı hərbi əməliyyatların aparılmasını müdafiə edən sərt mövqeli siyasətçi kimi tanınırdı. O, hazırkı münaqişə dövründə ABŞ Prezidenti Donald Trampın ən açıq və fəal müdafiəçilərindən biri olub.
Açar sözlər:
