Müctəba Xameneidən atası ilə bağlı “intiqam” mesajı

Müctəba Xameneidən atası ilə bağlı “intiqam” mesajı
Kateqoriya məlum deyil
T

İranın ali dini lideri vəzifəsinə gətirilən Müctəba Xamenei atası Ayətullah Əli Xameneinin ölümü ilə bağlı paylaşım edərək intiqam alınacağını bildirib.

Sfera.az xəbər verir ki, ABŞ və İsrailin 28 fevral tarixində həyata keçirdiyi hücumlar zamanı İranın ali dini lideri Ayətullah Əli Xamenei həlak olub.

Məlumata görə, Xamenei vəfatından 131 gün sonra altı gün davam edən vida mərasimlərinin ardından iyulun 9-da dəfn edilib.

Atasının ölümündən sonra ali dini lider postuna gətirilən Müctəba Xameneinin sosial media hesablarında Əli Xameneinin dəfn və anım mərasimləri ilə bağlı paylaşım edilib.

Paylaşımda Müctəba Xamenei bildirib ki, “İntiqam xalqımızın tələbidir və mütləq həyata keçiriləcək. Dünyanın azad insanları yaxın zamanda bu ilahi vəzifənin bir hissəsini yerinə yetirəcəklər”.

O, atasının müəyyən etdiyi yolla davam edəcəyini vurğulayaraq əlavə edib:

“Hər iki müharibədə şəhid olanların və sənin pak qanının qisasını günahkar qatillərdən alacağımıza söz veririk. Siyahıda adı olan bu cinayətkarlar rahat şəkildə yataqlarında ölmək arzusunu özləri ilə məzara aparacaqlar. Onlar bilməlidirlər ki, bu məsələ mənim və ya digər rəsmilərin varlığından asılı deyil. Biz olsaq da, olmasaq da, bu baş verəcək”.

Qeyd edək ki, məlumatın doğruluğu ilə bağlı müstəqil təsdiq mövcud deyil və tərəflərin hadisə ilə bağlı açıqlamaları fərqlənir.

Mənsumə

Sfera.az

PAYLAŞ