Xameneinin vida mərasimi bu tarixdə keçiriləcək

Xameneinin vida mərasimi bu tarixdə keçiriləcək
Kateqoriya məlum deyil
T

İslam Respublikasının qətlə yetirilmiş ali lideri Əli Xameneinin cənazəsi bu gün İraqın Nəcəf şəhərinə aparılıb.

Sfera.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, vida mərasimi çərşənbə günü səhər saatlarında Nəcəfdə keçiriləcək. Mərasimin proqramı və iştirakçılarla bağlı hələlik ətraflı məlumat açıqlanmayıb.

Qeyd olunub ki, Nəcəfdə keçiriləcək mərasimdən sonra dəfn prosesi ilə bağlı növbəti mərhələlər barədə rəsmi məlumatın veriləcəyi gözlənilir. İran və İraq rəsmiləri təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirirlər./globalinfo

PAYLAŞ