Ərdoğandan müharibə açıqlaması: “Ukrayna, İran və Qəzza ilə bağlı…”

Ərdoğandan müharibə açıqlaması: “Ukrayna, İran və Qəzza ilə bağlı…”
Kateqoriya məlum deyil
T

Türkiyə Ukraynadakı müharibənin, İran ətrafındakı gərginliyin və Qəzza zolağında davamlı atəşkəsin təmin olunması istiqamətində diplomatik səylərini davam etdirir.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Finlandiya Prezidenti Aleksander Stubb ilə keçirdiyi görüşdə bildirib.

Görüş NATO-ya üzv 32 ölkənin liderlərinin iştirak edəcəyi sammit ərəfəsində baş tutub.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin yaydığı məlumata görə, Ərdoğan ölkəsinin İran ətrafındakı böhranın və Ukraynadakı müharibənin dialoq yolu ilə həlli, həmçinin Qəzza zolağında davamlı atəşkəsin təmin edilməsi və bölgəyə humanitar yardımın fasiləsiz çatdırılması üçün fəal diplomatik fəaliyyət göstərdiyini vurğulayıb./globalinfo.az

PAYLAŞ