Tramp Ankaraya yola düşüb

Tramp Ankaraya yola düşüb
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp bu gün Ankarada işinə başlayacaq NATO Liderlər Zirvəsində iştirak etmək üçün prezident təyyarəsi “Air Force One” ilə ABŞ-dən Türkiyəyə yola düşüb.

Sfera.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran bildirib ki, Ərdoğan-Tramp görüşündə Türkiyə-ABŞ münasibətlərinin mövcud vəziyyəti hərtərəfli nəzərdən keçiriləcək.

Görüşdə milli döyüş təyyarəsi KAAN üçün nəzərdə tutulan F-110 mühərriklərinin Türkiyəyə satışı, Ankaranın F-35 proqramına qayıtması, eləcə də Suriya və Qəzzadakı son vəziyyət əsas müzakirə mövzuları olacaq.

Liderlərin danışıqlardan sonra bir sıra ikitərəfli sənədlər imzalaması və birgə mətbuat konfransı keçirməsi də gözlənilir.

Donald Trampın Ankara səfəri ABŞ prezidentinin son 17 ildə Türkiyəyə ilk rəsmi səfəri kimi tarixə düşəcək. Türkiyə sonuncu dəfə 2009-cu ildə həmin dövrün ABŞ Prezidenti Barak Obamanı qəbul edib.

Ərdoğan-Tramp görüşü ərəfəsində Ankarada daha bir mühüm təmas da baş tutub. Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-nin Ankaradakı səfiri Tom Barrak ilə görüşüb. Məlumata görə, görüş zamanı NATO Liderlər Zirvəsi və Ərdoğan-Tramp danışıqlarının gündəliyi ətrafında fikir mübadiləsi aparılıb.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ