Çində tufan - 11 nəfər öldü

Kateqoriya məlum deyil
T
Çinin Hubey əyalətində tufan və güclü külək səbəbindən 11 nəfər ölüb, daha bir nəfər itkin düşüb.
Sfera.az xəbər verir ki, bu barədə yerli “Xinhua” nəşri məlumat yayıb.
Bəzi yerlərdə küləyin sürəti Bofort şkalası üzrə 13-cü səviyyəyə çatıb. Bir sıra rayonlarda həmçinin tornadolar qeydə alınıb.
Hava şəraitinin pisləşməsi nəticəsində 22 bina uçub, daha 4855 tikili zərər görüb. Hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakətdən 331 nəfər zərər çəkib.
Hazırda ziyan dəymiş rayonlarda axtarış-xilasetmə əməliyyatları davam etdirilir, zərərçəkənlərə yardım göstərilir.

