Baydenin oğlundan Trampa "jest" - Nobelə namizəd göstərdi

Baydenin oğlundan Trampa "jest" - Nobelə namizəd göstərdi
Kateqoriya məlum deyil
T

ABŞ-nin keçmiş Prezidenti Co Baydenin oğlu Hanter Bayden hazırkı Prezident Donald Trampla bağlı istehzalı paylaşımı ilə diqqət çəkib.

Sfera.az xəbər verir ki, Hanter Bayden iyulun 2-də "X" sosial şəbəkəsində Donald Trampı zarafatla Nobel Sülh Mükafatına namizəd göstərdiyini yazıb.

"Mən rəsmi olaraq Donald J. Trampı Nobel Sülh Mükafatına namizəd irəli sürürəm. Tarixdə heç bir prezident eyni müharibəni bir neçə dəfə bitirməyib", – deyə Bayden paylaşımında qeyd edib. O, bununla İran ətrafında yaranmış gərginliyə işarə edib.

Hanter Bayden paylaşımında CNN telekanalının hesablamalarına da istinad edib. Məlumata görə, Donald Tramp Yaxın Şərqdə müharibənin başa çatdığını müxtəlif ifadələrlə ən azı 38 dəfə bəyan edib.

Bayden paylaşımını istehzalı şəkildə davam etdirərək bildirib ki, indiyədək heç bir ABŞ prezidenti belə "nailiyyətə" imza atmayıb və Trampın bu müharibəni bitirmək prosesi hələ də başa çatmayıb.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ