"İsrail tarixində ən yaxşı prezident mən olmuşam"

Kateqoriya məlum deyil
T
ABŞ Prezidenti Donald Tramp özünü İsrail tarixində ən yaxşı prezident adlandırıb.
Sfera.az xəbər verir ki, o, bu barədə CNBC telekanalında yayımlanan çıxışı zamanı danışıb.
"Mən İsrail tarixinin ən yaxşı prezidenti olmuşam", – deyə Tramp bildirib.
ABŞ lideri həmçinin Demokratlar Partiyasını tənqid edərək, amerikalı yəhudilərin bu partiyanın namizədlərinə niyə səs verdiyini başa düşmədiyini söyləyib.
Qeyd edək ki, bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi Trampın ABŞ-nin İsraildəki "himayədarlarını" susdurmalı olduğunu bəyan etmişdi.
İnci
Sfera.az
