ABŞ-da işdən çıxarılmalar rekord həddə çatdı

ABŞ-da süni intellekt texnologiyalarının sürətli inkişafı əmək bazarında ciddi dəyişikliklərə səbəb olub. Son məlumatlara görə, 2026-cı ilin may ayına qədər süni intellektin tətbiqi nəticəsində 87 min 714 nəfər işini itirib.
Sfera.az xəbər verir ki, süni intellekt ardıcıl üç aydır ABŞ-da iş yerlərinin ixtisarının əsas səbəbi kimi göstərilir. Xüsusilə texnologiya şirkətlərində avtomatlaşdırmanın genişlənməsi minlərlə əməkdaşın işdən çıxarılması ilə nəticələnib.
Bildirilib ki, ilin ilk beş ayında texnologiya sektorunda ümumi işdən çıxarılmalar ötən ilin eyni dövrü ilə müqayisədə 66 faiz artaraq 123 min 653 nəfərə yüksəlib. Mütəxəssislər şirkətlərin süni intellekt həllərinə daha çox üstünlük verməsinin bu tendensiyanı davam etdirə biləcəyini bildirirlər.
Digər tərəfdən, aparıcı süni intellekt şirkətləri işini itirən insanların yenidən əmək bazarına inteqrasiyasını dəstəkləmək məqsədilə 1 milyard dollarlıq fond yaratdıqlarını açıqlayıblar.
Fondun peşə hazırlığı proqramlarının maliyyələşdirilməsinə və yeni bacarıqların öyrədilməsinə yönəldiləcəyi qeyd olunur.
Mənsumə
