Rusiya Kiyevi vurdu: ölənlərin sayı artdı - Video

Rusiyanın iyulun 2-nə keçən gecədən etibarən Kiyevə endirdiyi intensiv hava zərbələri nəticəsində ölənlərin sayı 2-yə, yaralananların sayı isə 16-ya çatıb.
Sfera.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.
Onun sözlərinə görə, kütləvi hava hücumları paytaxtın Obolon, Qoloseyev, Şevçenko, Svyatoşin və Podil rayonlarında mülki infrastruktur obyektlərinə və yaşayış binalarına ciddi ziyan vurub.
Tkaçenko dağıntılar altında insanların qala biləcəyini bildirib və ölənlərlə yaralananların sayının arta biləcəyini istisna etməyib.
***
Rusiyanın Ukraynaya endirdiyi kütləvi hava hücumu nəticəsində Kiyevdə ciddi dağıntılar baş verib, ölən və yaralananların sayı artır.
Bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.
Onun sözlərinə görə, hücum nəticəsində 8 nəfər həlak olub, 34 nəfər yaralanıb.
Tkaçenko əlavə edib ki, şəhər üzrə ümumilikdə 28 məntəqəyə zərbələr endirilib:
"Zərər görən obyektlərin əksəriyyətini yaşayış binaları və mülki infrastruktur təşkil edir".
***
Rusiyanın Kiyevə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 10-a çatıb.
Bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.
***
Rusiyanın Kiyevə endirdiyi hava zərbələri nəticəsində 11 nəfər həlak olub, 56 nəfər yaralanıb.
Bu barədə Ukrayna mediası məlumat yayıb.
Bildirilib ki, hazırda xilasetmə işləri davam etdirilir.
