Türkiyədə bir gündə 20 zəlzələ baş verdi

Kateqoriya məlum deyil
T
Türkiyənin müxtəlif bölgələrində bir sıra zəlzələlər qeydə alınıb.
Sfera.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatlarına görə, ən güclü zəlzələ 3,6 bal gücündə olub. Onun episentri Van şəhərindən təxminən 55 km cənub-qərbdə yerləşib.
Gün boyu isə Türkiyənin müxtəlif bölgələrində 20-dən çox zəlzələ baş verib. Qalan zəlzələlərin maqnitudası 2,8-i keçməyib.
