Türkiyəyə PUA atıldı - Bu ölkəyə məxsusdur

Türkiyəyə PUA atıldı - Bu ölkəyə məxsusdur
Kateqoriya məlum deyil
T

Türkiyənin Trabzon şəhərində pilotsuz uçuş aparatı (PUA) qəzaya uğrayıb.

Sfera.az xəbər verir ki, Vakfıkebir rayonunda ağaca çırpıldıqdan sonra sıradan çıxan PUA-nın Ukraynaya məxsus olduğu bildirilir. Partlayış meşəlik ərazidə baş verdiyi üçün hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

Hadisə yerinə mütəxəssislər cəlb olunub. Aparatın 5 kiloqram partlayıcı maddə ilə təchiz olunduğu müəyyən edilib.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma başladıb./publika

PAYLAŞ