Tehrandan Vaşinqtona sərt mesaj

Tehrandan Vaşinqtona sərt mesaj
Kateqoriya məlum deyil
T

İran parlamentinin sədri və danışıqlar heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf ABŞ ilə münasibətlər, nüvə proqramı və Hörmüz boğazı ilə bağlı açıqlamalar verib.

Sfera.az xəbər verir ki, Qalibaf ölkəsinin neft ixracının bərpa olunduğunu və İran neftinin hazırda əvvəlkindən 20 faiz baha satıldığını bildirib. Onun sözlərinə görə, blokada aradan qaldırıldıqdan sonra qısa müddətdə 40 milyondan çox barel neft ixrac edilib.

Qalibaf Hörmüz boğazında İranın hüquqlarından geri çəkilməyəcəyini vurğulayaraq təhlükəsizliyin təmin olunmasının ölkə üçün prioritet olduğunu deyib.

O, həmçinin bildirib ki, ABŞ ilə hazırda heç bir danışıq aparılmır və imzalanmış memorandumun beş əsas maddəsi yerinə yetirilməyənə qədər Tehran danışıqlar masasına qayıtmayacaq.

İran rəsmisi əlavə edib ki, ölkəsi Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsi çərçivəsində öhdəliklərinə əməl edir, uranın zənginləşdirilməsini isə qanuni hüququ hesab edir. O, sonda İranın raket proqramının danışıqlar mövzusu olmadığını bir daha bəyan edib.

Mənsumə

Sfera.az

PAYLAŞ