Trampın varisi kim olacaq? – Rubio ona güzəşt edəcək

ABŞ Dövlət katibi Marko Rubio prezidentliyə namizədlik məsələsində yerini ABŞ sözçüsü Ceyms Devid Vensə güzəştə getmək niyyətindədir.
Sfera.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.
Məlumata görə, Rubio öz müşavirləri və köməkçiləri ilə söhbətlərində yerini Vensə güzəştə getmək niyyətində olduğunu dəfələrlə vurğulayıb. Bununla belə, agentlik qeyd edib ki, Rubio son aylarda həm Dövlət katibi, həm də prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifələrini paralel şəkildə icra edərək, Ağ Evin Milli Təhlükəsizlik Şurasında mühüm postlara öz tərəfdarlarını yerləşdirib və aparat daxilindəki nüfuzunu xeyli gücləndirib.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp "Fortune" jurnalına verdiyi müsahibədə 2028-ci il seçkilərində "Öncə Amerika" (America First) siyasətini davam etdirəcək mümkün varisinin kimliyi ilə bağlı sualdan yayınıb. ABŞ mediası isə uzun müddətdir ki, iki ildən sonra keçiriləcək prezident seçkilərində Respublikaçılar partiyasından əsas iddialılar qismində məhz Marko Rubio və Ceyms Devid Vensin adlarını çəkib.
Bəsti Rəfizadə
