Dəhşətli istilər Ukraynaya da gəldi

Kateqoriya məlum deyil
T
Ukraynada 12 regional mərkəzdə yeni hava temperaturu həddi qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Hidrometeorologiya Mərkəzi məlumat verib.
"Ümumilikdə, 29 iyun tarixində ölkə daxilində onlarla temperatur rekordu qeydə alınıb", - deyə bildirilir.
Xüsusilə, Lutsk (39,4 dərəcə), Ujqorod (37,9 dərəcə), Rivne (37,6 dərəcə), İvano-Frankovsk (37,5 dərəcə), Lvov (37,4 dərəcə), Ternopol (37,4 dərəcə), Çernovtsi (37,3 dərəcə), Vinnitsa (36,5 dərəcə), Jitomir (35,6 dərəcə), Xmelnitski (35,1 dərəcə), Kropivnitski (34,2 dərəcə) və Çerniqovda (33,1 dərəcə) yeni temperatur rekordları qeydə alınıb.
