İlon Mask trilyoner statusunu geri qaytardı

İlon Mask trilyoner statusunu geri qaytardı
Kateqoriya məlum deyil
T

Amerikalı sahibkar İlon Maskın sərvəti yenidən 1 trilyon dollar həddinə çatıb.

Sfera.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

"İlon Mask yenidən trilyonçu oldu. "SpaceX" və "Tesla"nın səhmləri bahalaşıb, bu da onun xalis kapitalını 65 milyard dollardan çox artırıb", - məlumatda deyilir.

"Forbes Real-Time Billionaires"in məlumatına görə, hazırda Maskın sərvəti 1 trilyon dollardır.

İyun ayında "SpaceX" səhmlərinin dəyərinin düşməsi fonunda Maskın sərvəti 1 trilyon dollardan aşağı düşmüşdü. Həmin vaxt o, şirkətin ilkin kütləvi səhm təklifindən sonra iki həftədən az müddətdə trilyonçu olaraq qalmışdı. Publika.az

PAYLAŞ