Britaniya qaçqınlardan kompensasiya tələb edəcək

Britaniya hakimiyyəti sığınacaq axtaranlardan yaşamaq icazəsi almaq üçün müraciət etməzdən əvvəl yaşayış və əsas məişət ehtiyaclarına görə dövlətə təxminən 10 000 funt sterlinq (13 222 ABŞ dolları) ödəməyi tələb etmək niyyətindədir.
"Report" Sfera.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Şabana Mahmud bildirib.
Nəşr qeyd edib ki, Böyük Britaniya hökumətində "qeyri-qanuni miqrasiyanın qarşısını almaq üzrə son cəhd" çərçivəsində belə bir qərar barədə danışmağa başlayıblar. Mahmudun sözlərinə görə, belə bir addım büdcəyə və vergi ödəyicilərinə düşən yükü azaltmağa kömək edəcək.
"Sığınacaq almış şəxslərə dəstək yalnız hüquq deyil, həm də bir vəzifədir. İnsanlar öz töhfələrini verə və Britaniya xalqının səxavətinin əvəzini ödəyə bilən kimi, biz onların bunu edəcəyini gözləyirik", - o bildirib.
Ehtimal ki, ödəniş yalnız buna maddi imkanı çatan yetkin şəxslərdən alınacaq. Yeni tədbirlər geriyə şamil edilməyəcək, uşaqlar da bu ödənişdən azad olunacaqlar.
