ABŞ və İran razılığa gəldi

ABŞ və İran razılığa gəldi
Kateqoriya məlum deyil
T

ABŞ və İran arasında son günlər baş verən qarşılıqlı hücumlardan sonra hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə olunduğu bildirilir.

Sfera.az xəbər verir ki, qərar Hörmüz boğazında yaşanan gərginlikdən sonra qəbul edilib. Buna baxmayaraq, tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham etməyə davam edir. ABŞ rəsmiləri Hörmüzdə gəmiçiliyin yenidən təhlükəsiz şəkildə bərpa olunduğunu və diplomatik danışıqların davam etdiyini açıqlayıblar. İran isə hələlik bununla bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, bundan əvvəl tərəflər arasında imzalanan memorandum bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasını nəzərdə tuturdu. Metbuat.az

Açar sözlər:
PAYLAŞ