Rusiya ordusu Zaporojye yaxınlığındakı neft emalı zavoduna zərbə endirib

Kateqoriya məlum deyil
T
Rusiya silahlı qüvvələri Zaporojye yaxınlığında "SP Yukoil" MMC-nin neft emalı zavoduna zərbə endirib.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik iddia edir ki, ordu Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi yanacaq-enerji kompleksi obyektinə zərbə endirib.
"Zaporojye bölgəsindəki "Yukoil" MMC neft emalı zavoduna "Geran-4 Seeker" və "Geran-2 Seeker" uzaqmənzilli pilotsuz uçuş aparatlarından istifadə etməklə zərbə endirilib. Zərbələr obyektdə genişmiqyaslı yanğına səbəb olub" - açıqlamada bildirilir./teleqraf
