Sualtı qayıqlara qarşı hazırlanıb: ABŞ yeni pilotsuz döyüş gəmisini nümayiş etdirdi

Sualtı qayıqlara qarşı hazırlanıb: ABŞ yeni pilotsuz döyüş gəmisini nümayiş etdirdi
Kateqoriya məlum deyil
T

ABŞ Hərbi Dəniz Qüvvələri dəniz müharibələrinin gələcəyini dəyişə biləcək yeni nəsil pilotsuz döyüş gəmisini təqdim edib.

Süni intellektlə təchiz olunan 250 ton ağırlığındakı “Saildrone Spectre” adlı insansız suüstü vasitə artıq rəsmi olaraq xidmətə başlayıb.

Sfera.az xəbər verir ki, hava və sualtı dronlardan sonra bu sistem ABŞ-nin pilotsuz hərbi texnologiyalar xəttini tamamlayan yeni mərhələ hesab olunur. Gəmi heç bir hərbçinin həyatını təhlükəyə atmadan aylarla okeanlarda avtonom şəkildə patrul edə bilir. Xüsusi olaraq sualtı qayıqlara qarşı mübarizə üçün hazırlanan “Saildrone Spectre” dərin sularda gizlənən hədəfləri uzun müddət izləmək imkanına malikdir. Yeni nəsil robotik gəmi üzərindəki sistemlər vasitəsilə təkcə müşahidə aparmır, eyni zamanda döyüş imkanları ilə də seçilir. Bildirilir ki, platforma gələcəkdə idarə olunan raket sistemləri ilə təchiz edilərək daha güclü hücum qabiliyyətinə sahib ola bilər.

Mütəxəssislər bu texnologiyanın inkişafını pilotsuz uçuş aparatlarının sadə kəşfiyyat vasitələrindən silahlı dronlara çevrilməsinə bənzədiblər. Sərt yelkən quruluşu və günəş panelləri ilə təchiz edilən gəmi alternativ enerji hesabına uzun müddət dənizdə qala bilir. Bu xüsusiyyət ABŞ ordusuna böyük ərazilərdə daha az xərc və insan resursu ilə nəzarət imkanı yaradır. Yeni pilotsuz gəminin istifadəyə verilməsi dəniz qüvvələri arasında texnoloji rəqabətin daha da güclənəcəyinə işarə edir.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ