Dubaya raket hücumu XƏBƏRDARLIĞI

Kateqoriya məlum deyil
T
BƏƏ Daxili İşlər Nazirliyi mobil telefonlar vasitəsilə raket hücumu xəbərdarlığı yayıb.
Sfera.az xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.
Nazirlik əhalini təcili şəkildə təhlükəsiz yerlərdə qalmağa və evlərdə pəncərələrdən uzaq durmağa çağırıb.
Məlumata görə, xəbərdarlıq Hörmüz boğazı üzərində baş verdiyi bildirilən naməlum hadisə ilə əlaqədar edilib.
Lakin bir müddət sonra BƏƏ Daxili İşlər Nazirliyi yeni açıqlama yayaraq əvvəlki xəbərdarlığa məhəl qoyulmamasını bildirib./musavat

