Şahzadə Uilyam atası Kral III Çarlzdan daha varlı imiş

Şahzadə Uilyam atası Kral III Çarlzdan daha varlı imiş
Kateqoriya məlum deyil
T

Böyük Britaniyanın vəliəhdi Şahzadə Uilyamın şəxsi sərvətinin atası Kral III Çarlzın sərvətini üstələdiyi məlum olub.

Sfera.az xəbər verir ki, bu barədə "Mirror" nəşri kral ailəsinin müxtəlif gəlir mənbələrinə dair maliyyə hesabatlarına istinadən məlumat yayıb.

Məlumata görə, Uilyam Uels şahzadəsi olduqdan sonra ona keçən Kornuoll Hersoqluğunun təxminən 1,64 milyard ABŞ dolları dəyərində aktivlərini idarə edir. Bu aktivlər 2025-2026-cı maliyyə ilində ona təxminən 29,6 milyon ABŞ dolları gəlir gətirib.

"Sunday Times"ın məlumatına görə, Kral III Çarlzın şəxsi sərvəti son bir ildə təxminən 41,1 milyon ABŞ dolları artaraq 877 milyon ABŞ dollarına çatıb. Bu göstərici Uilyamın idarə etdiyi aktivlərin dəyərindən təxminən iki dəfə azdır.

Xatırladaq ki, 2022-ci ildə yayılan məlumatlara əsasən, Britaniya tacına məxsus aktivlərin və daşınmaz əmlakın ümumi dəyəri 34,3 milyard dollar təşkil edib. Bu siyahıya Bukinqem sarayı, Kensinqton sarayı, eləcə də London və Böyük Britaniyanın müxtəlif bölgələrində yerləşən torpaq sahələri və digər daşınmaz əmlaklar daxildir.

İnci

Sfera.az

PAYLAŞ