"Volkswagen" 100 000 nəfəri işdən çıxarmağı planlaşdırır

Almaniyanın nəhəng avtomobil istehsalçısı "Volkswagen" xərclərin azaldılması proqramı çərçivəsində 100.000 nəfəri işdən çıxaracaq.
Sfera.az xəbər erir ki, avtomobil istehsalçısı ötən ay 2030-cu ilə qədər 50.000 nəfəri işdən çıxarmağı planlaşdırdığını açıqlayıb. Həmçinin, Almaniyadakı istehsal gücünü 500.000 ədəd azaltmağı planlaşdırdığını da bildirib. Almaniyanın "Manager Magazin" jurnalının məlumatına görə, avtomobil istehsalçısı işçi qüvvəsini daha 50.000 nəfər azalda bilər.
"Volkswagen" bu yaxınlarda öz qrup şirkətləri arasında qayıq mühərriki istehsalçısı olan Everllence şirkətini özəl kapital firması “Bain Company”yə satıb. Baş direktor Oliver Blume bildirib ki, onlar yalnız avtomobil biznesinə diqqət yetirmək istəyirlər. İşdənçıxarma planı təsdiq üçün 9 iyulda keçiriləcək rəhbərlik iclasında təqdim ediləcək.
Firuzə Əliyeva
Sfera.az
